Satılır 2 otaqlı yeni tikili 99 m², Bayıl q.
Səbail rayonu, Bayıl qəsəbəsində, Dünya Göz Xəstəxanasının yanında, Bayıl Plaza ilə üzbəüz, Tamstore marketin üstündə yerləşən premium yaşayış binasında dəniz mənzərəli mənzil satışdadır!
Qanuni 2 otaqlı, geniş və funksional layihəyə malik olan mənzil təmirsizdir. Planlanması olduqca əlverişlidir və rahatlıqla 3 otağa çevirmək mümkündür. Bu xüsusiyyət mənzili həm yaşayış, həm də investisiya üçün əla seçim edir.
Mənzilin geniş otaqları, işıqlı interyeri və möhtəşəm dəniz mənzərəsi ona xüsusi üstünlük qazandırır. Bina şəhərin ən rahat və prestijli nöqtələrindən birində yerləşir, ətrafında bütün zəruri infrastruktur mövcuddur.
Əlavə məlumat və mənzilə baxış üçün buyurun, əlaqə saxlayın.
Ofis haqqı – 1%