İcarəyə verilir 2 otaqlı yeni tikili 60 m², Xətai r.
Həzi Aslanov metrosu yaxınlığında, 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 2 otaqlı, 60 kv.m sahəsi olan mənzil kirayə verilir.
Mənzil keyfiyyətli təmir olunub və rahat yaşayış üçün lazım olan bütün mebel və məişət texnikası ilə tam təchiz edilib. Geniş və işıqlı otaqları, səliqəli interyeri və rahat planlaşdırılması ilə ailələr və işləyən şəxslər üçün ideal seçimdir.
Kompleksin ərazisində həm böyüklər, həm də uşaqlar üçün istirahət və əyləncə zonaları mövcuddur. Ətrafda marketlər, məktəb, bağça və digər zəruri infrastruktur obyektləri yerləşir.
Otaq sayı: 2
Sahə: 60 kv.m
Mərtəbə: 6/16
Yerləşmə: Həzi Aslanov metrosu yaxınlığında
Təchizat: Tam mebel və məişət texnikası
İmkanlar: Böyüklər və uşaqlar üçün istirahət zonası
Xidmət haqqı: 30%
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.